12:42 31-08-2021
news_image
98
FUTBOL

“Mançester Yunayted”lə müqavilənii rəsmiləşdirdi - Ronaldo

İngiltərənin “Mançester Yunayted” klubu Kriştiano Ronaldo ilə müqaviləni rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, transferi bir neçə gün əvvəl açıqlanan portuqaliyalı ulduz 2+1 illik müqaviləyə imza atıb.

“Yuventus” bu keçiddən 15 milyon avro qazandığını açıqlayıb. Bu məbləğ 5 il ərzində ödəniləcək.

Qeyd edək ki, Ronaldo 2003-09-cu illərdə şərəfini qoruduğu “Mançester Yunayted”ə 12 ildən sonra qayıdıb.