12:52 31-08-2021
news_image
125
TOKİO-2020

Koronavirus aşkarlandı - parataekvondoçumuzda

Azərbaycan paralimpiya yığması daha bir itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, parataekvondoçu Aynur Məmmədova yarışdan kənarlaşdırılıb.

Buna səbəb +58 kq çəkidə çıxış edən paralimpiyaçımızın koronavirusa yoluxmasıdır. İki dəfə test verən Aynurun nəticələri müsbət çıxıb.

Onun yoluxması yığmamıza təsir etməyib. Digər idmançılarımız karantinə alınmayaraq yarışa hazırlığı davam etdirir.

Qeyd edək ki, daha öncə paracüdoçu Ramil Qasımov (73 kq) da koronavirusa yoluxduğu üçün mübarizəyə qatılmamışdı.