14:23 31-08-2021
news_image
149
FUTBOL

“Barselona”ya buraxmadı – Kavanini

Uruqvay millisinin futbolçusu Edinson Kavaninin “Barselona”ya keçidi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, transferə “Mançester Yunayted” mane olub.

İngiltərə klubu 34 yaşlı hücumçunu buraxmağa razılaşmayıb. Kavaninin özü İspaniya nəhənginə ilkin razılıq versə də, onun transferi reallaşmayıb.

Qeyd edək ki, Kavani 2020-ci ilin oktyabrından “Mançester Yunayted”in formasını geyinir.