15:20 31-08-2021
news_image
660
FUTBOL

Koronavirusa yoluxub, vəziyyəti ağırdır - “Neftçi”nin ilk prezidenti

“Neftçi”nin ilk prezidenti Aydın İbrahimov koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu 83 yaşlı idman veteranının nəvəsi açıqlayıb.

Sərbəst güləş üzrə dünya və Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısının vəziyyəti ağırdır. SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi adına layiq görülüb.

Qeyd edək ki, İbrahimov 1988-97-ci illərdə “Neftçi”nin prezidenti olub.