16:20 31-08-2021
news_image
342
FUTBOL

"Alkmaar" "Qəbələ"yə rəqib oldu - Gənclər Liqasında

Gənclər Liqasının Çempionlar yolunun püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə ilk iki mərhələnin cütləri bəlli olub.

“Qəbələ”nin 1-ci mərhələdəki rəqibi də müəyyənləşib. AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “qırmızı-qaralar” bu raundda "Alkmaar"la (Niderland) qarşılaşacaq. Bu oyunlar sentyabrın 29-da və oktyabrın 20-də baş tutacaq. Təmsilçimiz ilk matçı evdə keçirəcək.

Bu cütün qalibinin növbəti mərhələdəki mümkün rəqibi də dəqiqləşib. “Qəbələ” mərhələ keçsə, “Şikzereda" (Rumıniya) - "Anje" (Fransa) cütünün güclüsü ilə görüşəcək. Bu oyunlar noyabrın 3-də və 24-də keçiriləcək. İlk oyun digər cütün meydanında baş tutacaq.