00:38 02-09-2021
news_image
1098
FUTBOL

Yenə uduzdu – yığmamız

Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla qarşılaşıb.

İlk iki oyunda Portuqaliya (0:1) və Serbiyaya (1:2) uduzan Canni de Byazinin yetirmələri azarkeşlərini yenə məyus edib. İtaliyalı mütəxəssis ölkə xaricində çıxış edən azsaylı oyunçuları start heyətdən kənarda qoyub.

Yalnız Premyer Liqada oynayan futbolçuların ümidinə qalan milli cırtdan ölkə təmsilçisi qarşısında aciz qalıb. Lüksemburqlular artır ilk yarıda vurulan iki qolla matçın taleyini həll edib.

Fasilədən sonra millinin aparıcı futbolçularını meydana buraxan Canni de Byazi oyunda dönüş yaratmağa çalışıb. Fəallığı artıran yığmamız yalnız qollardan birinin əvəzini çıxıb. Emin Mahmudov cərimə zərbəsindən yaxın küncü dəqiq nişan alıb. Bununla da yığmamız seçmə mərhələdə artıq 3-cü məğlubiyyətini alaraq sonuncu pillədə qalıb.

Qeyd edək ki, millimiz sentyabrın 4-də İrlandiyanın qonağı olacaq, üç gün sonra Portuqaliyanı qəbul edəcək.

DÇ-2022-nin seçmə mərhələsi
IV tur, A qrupu
1 sentyabr
22:45. Lüksemburq – Azərbaycan - 2:1
Qollar: 
Mika Pinto, 8, Jerson Rodriges, 28 (pen.) - Emin Mahmudov, 67
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Lüksemburq: 1. Antoni Moris, 13. Dirk Karlson, 18. Lauren Yans (k), 3. Enes Mahmutoviç, 15. Olivye Til, 8. Kristofer Martins, 16. Leandro Barreyro, 17. Mika Pinto, 21. Sebastyan Til, 10. Jerson Rodriges, 9. Daniel Sinani
Ehtiyat oyunçular: 23. Tim Kips, 12. Ralf Şön, 2. Kevin Malgert, 4. Florian Bonert, 5. Dveyn Holter, 6. Rikardo Delqado, 7. Erik Veyqa, 19. Aldin Skenderoviç, 11. İvandro Borqes, 14. Mauris Devil, 22. Timoti Rupil, 20. Edvin Muratoviç,
Baş məşqçi: Lük Holts

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 21. İsmayıl İbrahimli, 2. Qara Qarayev, 8. Emin Mahmudov, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 9. Əli Qurbani, 20. Filip Ozobiç
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Elvin Bədəlov, 15. Sərtan Taşkın, 16. Anatoli Nuriyev, 18. Anton Krivotsyuk, 19. Təmkin Xəlilzadə, 22. Rəhim Sadıxov
Baş məşqçi: Canni de Byazi
Lüksemburq. “Stad Lüksemburq”

1

Portuqaliya

3

2

1

0

6-3

7

2

Serbiya

3

2

1

0

7-5

7

3

Lüksemburq

3

2

0

1

4-4

6

4

İrlandiya

2

0

0

2

2-4

0

5

Azərbaycan

3

0

0

3

2-5

0