00:24 01-09-2021
news_image
173
FUTBOL

“Mançester Siti” Qrilişi bu qiymətə almaqla öz ayağını güllələdi” – sabiq milli üzvü

“Cek Qrilişi bəyənirəm. O, istedadlı futbolçudur”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə yığmasının sabiq futbolçusu Kris Uoddla deyib.

Futbol veteranı Cek Qrilişin “Mançester Siti”yə 138 milyon dollara transfer edilməsinə münasibət bildirib: “Əgər onun qiyməti 138 milyon dollardırsa, bəs Son üçün nə qədər vermək lazımdır? O, daha çox qol vurur, daha çox assist edir. Qriliş çoxları üçün yeni sədd qoydu. Onlar artıq düşünür ki, mənim oyunçularım da Qriliş qədər yaxşıdır. Deyəcəklər ki, onu almaq üçün az olmayan məbləği ödəyin. Əgər Cek 138 milyondursa, Son 173, Keyn 200 milyondan artıqdır. “Mançester Siti” Qrilişi bu qiymətə almaqla öz ayağını güllələdi”.