17:42 31-08-2021
news_image
126
TOKİO-2020

Növbəti medallar qazanan paralimpiyaçılarımızı təbrik etdi - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medallar qazanan idmançılarımızı təbrik edib.

APA-nın məlumatına görə, bununla bağlı Mehriban Əliyeva İnstagram hesabında paylaşım edib. 

“Bu günədək olan nəticələrə əsasən, Azərbaycanın 10 qızıl, 1 gümüş və 4 bürünc medalı var! Bugünkü qaliblərimizi – daha bir qızıl medal qazanmış Raman Salehi, gümüş medal sahibi Lamiyə Vəliyevanı və bürünc mükafatçı Səid Nəcəfzadəni səmimi-qəlbdən təbrik edirəm! Milli yığmamıza yeni qələbələr və nailiyyətlər arzulayıram!”, - deyə Mehriban Əliyeva qeyd edib.