22:01 31-08-2021
news_image
135
FUTBOL

Boatenq danışıqlar masasında – “Lion”la

Almaniyanın “Bavariya” klubunun futbolçusu Cerom Boatenq karyerasını Fransada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Lion”la danışıqlar aparır.

Boatenq hazırda azad agent statusuna malikdir. Liqa1 təmsilçisi müdafiəçini heyətinə qatmaq üçün pul ödəməyəcək. Boatenqin 1 illik müqaviləyə imza atacağı gözlənilir.