21:38 31-08-2021
news_image
240
FUTBOL

“Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər” - Şahruddin Məhəmmədəliyev

“Həm fiziki, həm də psixoloji olaraq yaxşı vəziyyətdəyik. Sabahkı oyunda uğurlu nəticə əldə etməyə çalışacağıq”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev deyib.

O, Lüksemburqla oyundan əvvəl təşkil olunan mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb: “Rəqibin də gücünü qiymətləndirmək lazımdır. Güclü heyətə malik komandadır. Bir neçə ildir birlikdə çıxış edirlər. Hücum xəttində Rodroqes, Sinani kimi güclü futbolçuları var. Oturuşmuş heyətə malikdirlər. Sanki milli komanda yox, klub futbolu nümayiş etdirirlər”.

Qeyd edək ki, DÇ-2022-nin seçmə mərhələsinin IV turunun sabahkı matçında Azərbaycan səfərdə Lüksemburqla qarşılaşacaq.