21:42 31-08-2021
news_image
265
FUTBOL

“3 xal qazanmaq üçün meydana çıxacağıq” - Lük Holts

“Azərbaycan millisi möhkəm komandadır. Hər iki komandanın qalib gəlmək şansı 50 faizdir”. 

Apasport.az saytının məlumatına görə, bunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunöncəsi keçirilən mətbuat konfransında Lüksemburq milli komandasının baş məşqçisi Lük Holts deyib. 

O, bildirib ki sabah baş tutacaq görüşdə əsas hədəfləri qələbədir: “Təbii ki, 3 xal qazanmaq üçün meydana çıxacağıq. Rəqibin gücünü nəzərə almaqla bunu etmək asan olmayacaq. Yeni stadionda ilk oyunumuzu keçirəcəyik. Çalışacağıq ki, ilk qarşılaşmadan qalib ayrılaraq azarkeşlərimizi sevindirək. Rəqib seçmə mərhələdə Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə məğlub olub. Bu da onların mübariz komanda olmasından xəbər verir”.
 
Lüksemburq futbolçusu Danel Sinani isə komandanın görüşə tam hazır olduğunu qeyd edib: “Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkən komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.