09:19 01-09-2021
news_image
162
FUTBOL

Radamel Falkao ilə vidalaşdı - “Qalatasaray”

Türkiyənin “Qalatasaray” klubu Radamel Falkao ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, müqaviləsi 2022-ci ilin yayında başa çatacaq kolumbiyalı hücumçu ilə anlaşmaya qarşılıqlı razılaşma ilə xitam verilib.

35 yaşlı cənubi amerikalı karyerasını İspaniya La Liqasında davam etdirəcək. O, “Rayo Valyekano” ilə anlaşıb.