10:17 01-09-2021
news_image
117
FUTBOL

Futbolçusunu Portuqaliyaya göndərdi – PSJ

Fransanın PSJ  klubu daha bir futbolçusunu başqa komandaya göndərib.

Apasport.az saytının məlumatına görə, Pablo Sarabiya cari mövsümdə Portuqaliyada çıxış edəcək.

O, “Sportinq”ə icarəyə verilib. İtaliya klublarının da maraq dairəsində olan futbolçu Lissabon təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 2019-cu ildən Paris klubunun şərəfini qoruyur.