16:01 01-09-2021
news_image
165
FUTBOL

“Üçlük”dən kənarda qaldı - Messi

2021-ci ilin ən məhsuldar futbolçuları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvələ arxada qalan 8 ayda ölkəsinin yüksək liqasında ən azı 17 qol vuranlar daxil edilib.

Siyahıda dünyanın 42 bombardiri yer alıb. Azərbaycan və qardaş Türkiyənin heç bir futbolçusu siyahıya düşməyib. Lakin Türkiyə Super Liqası bombardirlər arasında təmsil olunub.

Bu il həm Mərakeş “Vidad”ında, həm Türkiyə “Hatayspor”unda oynamış Ayub El Kaabi 18 qola sevinib. O, ümumi siyahıda 23-cü pillədə qərarlaşıb.

Cədvələ Robert Levandovski başçılıq edir. Almaniya “Bavariya”sının polşalı bombardiri 29 dəfə fərqlənib. Ceymi Maklaren (“Melburn”, Avstraliya) 25 qolla ikincidir. İqnasio Ramirez (“Liverpul”, Uruqvay) 24 topla ilk “üçlüy”ü qapayır.

Lionel Messi (“Barselona”/PSJ, Argentina) 23 qolla 4-cü, Erlinq Haland (“Borussiya” D, Norveç) 20 qolla 10-cu pillədə yer alıb.