10:44 01-09-2021
news_image
596
FUTBOL

“Qarabağ”dan irəliləməyə davam - “Neftçi”dən geriləməyə

Avropanın top klublarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 191 xalla 86-cıdır. 

Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib. Buna qazanılan 12 xal səbəb olub.

“Neftçi”nin uğursuz nəticələri geriləməyə səbəb olub. Bakılılar aktivinə 1 xal əlavə etsə də, 1 addım geriləyib. Hazırda paytaxt təmsilçisi 30 xalla 240-cı sıradadır.  20 xala malik “Qəbələ” 286-cı yerdə qalıb.

Qeyd edək ki, cədvəlin lideri 2068 xalı olan “Real”dır.