11:48 01-09-2021
news_image
230
FUTBOL

Ya xal, ya 20 il əvvələ qayıdış – millimizdən

Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin baş məşqçisi olduğu komanda Lüksemburqda meydan sahibləri ilə görüşəcək.

İlk iki turda uduzan milli ilk xal üçün döyüşəcək. Portuqaliya (0:1) və Serbiyaya (1:2) məğlub olan yığma “cırtdanlar”dan da xal ala bilməsə, antirekordunu təkrarlayacaq.

Komandamız tarixində yalnız bir dəfə DÇ-nin seçmə mərhələsinə üç məğlubiyyətlə başlayıb. Bu, 20 il əvvəl təsadüf edib.

Həmin vaxt yığmamız ilk üç görüşdə xala həsrət qalıb. Digər seçmə mərhələlərdə isə milli heç olmasa xal qazanıb. Ötən tsikldə isə ümumiyyətlə üç oyundakı 7 xalla futbolsevərləri reallıqdan ayırıb, xəyallara dalmağa vadar edib.

Millimiz DÇ-nin seçmə mərhələsinin startında

DÇ-1998

3

1

0

2

1-8

3

DÇ-2002

3

0

0

3

0-5

0

DÇ-2006

3

0

2

1

1-3

2

DÇ-2010

3

0

1

2

0-2

1

DÇ-2014

3

0

1

2

1-5

1

DÇ-2018

3

2

1

0

2-0

7

DÇ-2022

2

0

0

2

1-3

0