12:33 01-09-2021
news_image
159
FUTBOL

Keçidinə icazə vermədi - Sulşer

İngiltərənin “Mançester Yunayted” klubu Donni van de Beki heyətində saxlayıb.

Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçinin icarə əsasında başqa kluba keçmək istəyi baş tutmayıb.

Bununla bağlı “Everton”la aparılan danışıqlar da yarımçıq dayandırılıb. Donninin keçidinə baş məşqçi Ole-Qunnar Sulşer mane olub.

Norveçli mütəxəssis yarımmüdafiəçini saxlamağı istəyib. O, Donninin xidmətində maraqlı olduğundan belə addım atıb.