12:45 01-09-2021
news_image
208
FUTBOL

“İbitsa” İbitsanı tapdı – İspaniyada

İspaniya futbolunda maraqlı transfer qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, futbolçu soyadı ilə eyni adlanan komandaya keçib.

Bu, “Almeriya”nın müdafiəçisi Xuan İbitsadır. O, aşağı liqa klubu “İbitsa”ya keçib.

26 yaşlı ispaniyalı ilə 2 illik müqavilə imzalayıb. O, ötən mövsümü “Almeriya”nın heyətində 35 oyun keçirib. Müdafiəçi bu matçlarda 3 qol vurub.