13:58 01-09-2021
news_image
100
FUTBOL

“Dünyanı fəth etməkdən yaxşı heç nə yoxdur” – Pele Ronaldodan yazdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun 12 ildən sonra “Mançester Yunayted”ə qayıtmasına Pele də biganə qalmayıb.

Apasport.az saytının məlumatına görə, futbol kralı buna münasibətini öz instaqram səhifəsində paylaşıb.

81 yaşlı braziliyalı veteran Ronaldoya xoş arzularını çatdırıb: “Dünyanı fəth etmək və evə qayıtmaqdan yaxşı heç nə yoxdur. Həmişə xoşbəxt ol, Kriştiano”.

Qeyd edək ki, 2003-09-cu illərdə “Mançester Yunayted”də çıxış edən Ronaldo sonradan “Real” (2009-18) və “Yuventus”un (2018-21) formasını geyinib.