13:10 01-09-2021
news_image
194
FUTBOL

Lüksemburq - Azərbaycan: Kim güclüdür?

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq - Azərbaycan oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Lüksemburq şəhərində təşkil olunacaq görüşdə meydan sahiblərini favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 3,82, “cırtdan”ların qalib gəlməsi 2,19 əmsaldır. Matçda heç-heçəyə 3,30 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-da başlayacaq.