14:47 01-09-2021
news_image
328
TOKİO-2020

11-ci qızıl medal - Tokio-2020-də

Azərbaycan yığması Tokio-2020 Paralimpiya Oyunlarında daha bir qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, bu uğura üzgüçü Vəli İsrafilov imza atıb.

O, brass üsulu ilə 100 m məsafəyə üzməkdə fərqlənib. Paraüzgüçümüz 1:04,86 nəticə ilə birinci yeri yeri tutaraq, çempion tituluna yiyələnib. O, həmçinin Oyunların rekordunu vurub. 

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medallarının sayı 16-ya çatıb. Bu mükafatlardan 11-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.