14:51 01-09-2021
news_image
126
FUTBOL

Cəzası qüvvədə saxlanıldı – “Keşlə”nin futbolçusunun

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, yığıncaqda “Keşlə”nin müraciətinə baxılıb.

Tribunal apelyasiya şikayəti təmin etməyib. Bununla da AFFA İntizam Komitəsinin “Keşlə” və oyunçusu Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılıb. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.

Qeyd edək ki, AFFA II turun “Qəbələ” ilə matçında (1:2) birbaşa qırmızı vərəqə alan futbolçunu 4 oyunluq diskvalifikasiya edib.