17:36 01-09-2021
news_image
117
TOKİO-2020

Paralimpiadada qalib gələn idmançımızı təbrik etdi - Mehriban Əliyeva

Birinci vitse-prezident Mehriban Əliyeva “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qalib gələn idmançımız Vəli İsrafilovu təbrik edib.

APA-nın məlumatına görə, bu barədə Mehriban Əliyeva “İnstagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram. İdmançımız Vəli İsrafilov “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti, 11-ci qızıl medalı qazandırdı. Azərbaycanın paralimpiya rekordunu yeniləmiş ən gənc çempionunu səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram".