18:36 01-09-2021
news_image
227
FUTBOL

Kaneni “Olimpiakos”a satdı - "Neftçi"

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb.

Apasport.az Bakı təmsilçisinin saytına istinadən məlumat verir ki, klublar arasında razılaşmaya görə, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında flaqmanın heyətində çıxış edəcək.

Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda "ağ-qara" formanı geyinib və 2020/2021 mövsümündə Azərbaycan çempionu olub.

Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.