21:11 01-09-2021
news_image
228
FUTBOL

Braziliyalı hücumcu transfer etdi - "Neftçi"

“Neftçi” hücumçu transferini rəsmiləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, braziliyalı Ramon Maçado ilə 1 il müddətinə müqavilə bağlanıb.

30 yaşlı futbolçu komandanın heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Brazil de Pelotas” (2016, 2021) olan Ramon Maçado Almaniyanın “Regensburq” (2012-2013), Braziliyanın “Espartivo” (2014), “Layeadense” (2014, 2015), “Santa Kruz” (2014), “Boa Esporte” (2015), “Ponte Preta” (2017), “Yuventude” (2017), “Vila Nova” (2018), “İtuano” (2019), “Parana” (2019), “Santo Andre” (2020, 2021) və “Botafoqo”da (2020) da çıxış edib.