22:22 01-09-2021
news_image
148
FUTBOL

Premyer Liqa sevgisi - De Byazinin

Azərbaycan millisinin Lüksemburqla oyun üçün bugünkü start heyəti maraqlı məqamla diqqət çəkir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Canni de Byazi “11-lik”də yalnız Azərbaycan Premyer Liqasında oynayan futbolçulara şans verib.

Hərçənd bir müddət əvvəlki ilə müqayisədə onun ölkə xaricinə də boylanmaq imkanı geniş idi. Mahir Emreli və Anton Krivotsyuk Polşada özlərini yaxşı tərəfdən göstərsə də, ehtiyatda qalıb.

Hərçənd legioner həyatı yaşamayanda əsas heyətdə oynayırdılar. Namik Ələskərov və Anatoli Nuriyev isə “11-liy”in daimi üzvləri sayılmırdı və onlar üçün ciddi nə isə dəyişməyib.