09:38 02-09-2021
news_image
93
FUTBOL

Ardıcıl 4 heç-heçə - dünya çempionu qələbə həsrətində

Fransa millisi uğursuz seriya ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, son dünya çempionu 4 oyundur qalib gəlmir.

“Üçrənglilər” DÇ-2022-nin seçmə mərhələsinin IV turunda Bosniya və Herseqovina ilə heç-heçə oynayıb – 1:1. Didye Deşamın yetirmələri bundan əvvəlki üç matçı da sülhlə başa vurub.

Fransalılar AVRO-2020-də Macarıstanla 1:1, Portuqaliya ilə 2:2, İsveçrə ilə 3:3 (pen.4:5) oynayıb. Sonuncu belə uğursuz seriya 8 il əvvələ təsadüf edib. 2013-cü ildə fransalılar ardıcıl 5 matçda qalib gəlməyib.