09:47 02-09-2021
news_image

Qəzada həlak oldu - moldovalı boksçu

Moldovalı boksçu Vasili Belous həlak olub.

Apasport.az saytının məlumatına görə, 2017-ci ildə Avropa çempionatının bürünc mükafatçısı yol-nəqliyyat hadisəsi zamanı ölüb.

O, sürdüyü “Mersedes”in idarəetməsini itirib və kilsənin divarına dəyib. Belous yerindəcə dünyasını dəyişib.

33 yaşlı boksçu Avropa çempionatındakı bürüncdən başqa daxili yarışlarda da bir sıra uğurlara imza atıb. O, London-2012-də ikinci mərhələdə mübarizəni dayandırıb.