10:08 02-09-2021
news_image

MDB Oyunlarında mübarizəyə başlayır - boksçularımız

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında boks yarışlarının püşkü atılıb. 

Apasport.az saytının məlumatına görə, püşkə əsasən yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvlərinin də rəqibləri bəlli olub. 

Bu gün start götürəcək boks yarışları 4 gün davam edəcək. Oyunlarda bu gün 1/4 final (ilkin) qarşılaşmaları, növbəti 2 gündə yarımfinal döyüşləri təşkil olunacaq. Sentyabrın 5-də isə final görüşləri baş tutacaq. 

Oğlanlar
1/4 final mərhələsi

46 kq. Ramal Yolçuyev – Temirxan Daniyarov (Qırğızıstan)
48 kq. Tağı Nəsibov – Vadim Veçerski (Belarus)
50 kq. İbrahim Zeynalov – Muinxon Mavlonov (Tacikistan)
54 kq. Məhəmmədəli Qasımzadə – Farrux Tulaqanov (Özbəkistan)
66 kq. Ziya Həsənov – Vladislav Kuznetsov (Belarus)

Qızlar
1/2 final mərhələsi

48 kq. Aysu İsmayılova – Anita Adişeva (Qazaxıstan)
57 kq. Qızbəs İsgəndər – Rano Muratbayeva (Özbəkistan)
63 kq. Emili Rzayeva – Kristina Qalkina (Rusiya)