10:29 02-09-2021
news_image
277
FUTBOL

-11 – Canni de Byazili yığmamıza

Azərbaycan millisi FİFA reytinqində itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, buna Lüksemburqla qarşılaşmadakı məğlubiyyət səbəb olub.

DÇ-2022-nin seçmə oyununda 1:2 hesabı ilə uduzan Canni de Byazinin yetirmələri xal hesabında ciddi azalmaya üzülüb. Komandamız reytinqdə 10,8 xal itirib.

Millimiz ötən cədvəldə 1166,44 xalla dünyanın 112-cisi idi. İndi komandamızın aktivində 1155,64 xal qalıb. 

Təxminən 11 xal itkisi isə növbəti reytinq cədvəlində əksini tapacaq. Geriləmədən qaçmaq üçün yığmamız vəziyyəti digər iki matçda düzəltməlidir. Amma İrlandiya və Portuqaliya ilə görüşlərdə xal qazanmaq asan olmayacaq.

Qeyd edək ki, millimiz iki gündən sonra İrlandiyanın qonağı olacaq.