11:03 02-09-2021
news_image
280
FUTBOL

“Top-25”ə düşdü – Emin Mahmudov

Emin Mahmudov Azərbaycan millisinin heyətində 4-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, bu, yarımmüdafiəçinin yubiley matçında gerçəkləşib.

DÇ-2022-nin Lüksemburqla səfərdəki seçmə oyunu Emin üçün millidə 20-ci qarşılaşma olub. O, bu yubileyə 4-cü qolunu vurmaqla töhfə verib.

Mahmudov yığmanın tarixində 4 və daha çox qol vuran 25-ci futbolçudur. Yarımmüdafiəçi komandanın bombardirlər siyahısında 16-25-ci yerləri bölüşür.

Onun kimi daha 9 futbolçunun aktivində 4 top var. Bunlar Mahir Emreli, Fabio Luis Ramim, Mahir Şükürov, Maksim Medvedev, Nadir Nəbiyev, Ruslan Abışov, Samir Əliyev, Vüqar Nadirov, Yunis Hüseynovdur.

Qeyd edək ki, yığmamız Lüksemburqda 1:2 hesabı ilə uduzub.