22:51 02-09-2021
news_image
467
FUTBOL

Xalsız və qolsuz – yığmamızdan uğursuz start

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün seçmə mərhələsində mübarizəyə başlayıb.

Milan Obradoviçin baş məşqçisi olduğu komanda Xorvatiya ilə görüşüb. Matç Velika Qoritsa şəhərində baş tutub.

Qarşılaşmanın taleyi ilk 45 dəqiqədə həll olunub. Millimizin qapısından iki top keçirən meydan sahibləri seçmə mərhələyə qələbə ilə başlayıb. Yığmamız isə tsikə qolsuz və xalsız start verib.

Qeyd edək ki, millimiz növbəti oyununu sentyabrın 7-də səfərdə Avstriyaya qarşı keçirəcək.

AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
2 sentyabr
21:00. Xorvatiya – Azərbaycan - 2:0
Qollar:
Suçiç, 10, Simiç, 24
Baş hakim: Denis Şurman (Ukrayna)
Velika Qoritsa. Şəhər stadionu

1

Avstriya

1

1

0

0

2-0

3

2

Xorvatiya

1

1

0

0

2-0

3

3

Norveç

0

0

0

0

0-0

0

4

Finlandiya

0

0

0

0

0-0

0

5

Azərbaycan

1

0

0

1

0-2

0

6

Estoniya

1

0

0

1

0-2

0