00:00 03-09-2021
news_image
236
FUTBOL

Cüdo yığmamızın heyəti açıqlandı – Qran-Pri üçün

Xorvatiyada keçiriləcək cüdo üzrə Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamız turnir üçün 6 cüdoçu sifariş edib.

Davud Məmmədsoy, Balabəy Ağayev (hər ikisi 60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və İmran Yusifov (+100 kq) Zaqrebdə tatamiyə çıxacaq. Yarış sentyabrın 24-26-da keçiriləcək.

Qeyd edək ki, turnirdə 33 ölkədən 212 cüdoçunun iştirakı dəqiqləşib.