12:59 02-09-2021
news_image
373
FUTBOL

Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn... – Azərbaycanın olduğu siyahı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin arxada qalan hissəsində yalnız 9 komanda xal qazana bilməyib.

Apasport.az saytının məlumatına görə, 55 yığmanın mübarizə apardığı tsiklin uğursuzlarından biri də Azərbaycan millisidir.

Canni de Byazinin baş məşqçisi olduğu komanda bütün görüşlərdə minimal fərqlə uduzması ilə təsəlli tapa bilər. Amma istənilən halda, Portuqaliya (0:1), Serbiya və Lüksemburqla (hər ikisi 1:2) matçlar aktivimizə xal gətirməyib.

Uğursuz “doqquzluq”da olan yığmamızla eyni durumda olanlar müxtəlif sayda oyun keçirib. Cəbəllütariq (G) dörd, İrlandiya (A), Andorra, San-Marino (İ), Lixtenşteyn (J) üç, Kosovo (B), Litva (C) və Estoniya (E) iki qarşılaşmada uduzub.

Qeyd edək ki, A qrupunun xalsızları Azərbaycanla İrlandiya sentyabrın 4-də üz-üzə gələcək.