13:36 02-09-2021
news_image
442
AVRO-2020

İzləyici sayı açıqlandı - AVRO-2020-nin

UEFA AVRO-2020-nin televiziya auditoriyası ilə bağlı hesabat açıqlayıb.

Apasport.az saytının məlumatına görə, turniri ümumilikdə 5,2 milyard tamaşaçı canlı yayımda izləyib.

Orta hesabla hər qarşılaşmaya 100 milyona yaxın insan canlı baxıb. Çempionatın final görüşünü 328 milyon nəfər seyr edib. AVRO-2016-da da təxminən eyni göstərici qeydə alınıb.