14:20 02-09-2021
news_image
203
FUTBOL

“Qəbələ” futbolçusunu itirdi – 6 aylıq

"Qəbələ" ciddi itki ilə üzləşib. Rüfət Əhmədov uzun müddət komandaya kömək edə bilməyəcək.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, gənc müdafiəçinin diz bağlarında problem aşkarlanıb.

U-21 yığmasına da dəvət alan 19 yaşlı oyunçunun ən azı 5-6 ay arası futbolsuz qalacağı dəqiqdir.

“Qəbələ”nin 200 min manat satış qiymət qoyduğu Rüfət Azərbaycan Premyer Liqasının ikinci turunda doğma meydanda "Keşlə" ilə qarşılaşmanın 87-ci dəqiqəsində zədələnərək, yerini Emil Səfərova verməli olub.

Əhmədovun dərdi bununla bitmir. O, koronavirusa da yoluxub və 2 həftəlik karantinə alınıb.