09:50 10-09-2008
news_image
488
STOLÜSTÜ OYUNLAR

“Hind pələngi” ilə heç-heçə

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın Bilbao şəhərində təşkil olunan “Böyük Dəbilqə” superturnirində uğursuz çıxışını davam etdirir. “APA-Sport”un məlumatına görə, 21 yaşlı qrossmeyster 7-ci turda da qələbə qazana bilməyib. Ağ fiqurlarla Vişvanatan Ananda (Hindistan) qarşı oynayan həmyerlimiz dünya çempionunun müqavimətini qırmaq üçün riskə getməyib. Sönük keçən görüş 29-cu gedişdə yekunlaşıb və tərəflər hərəyə 1 xalla kifayətləniblər.

Digər iki qarşılaşmada Vasili İvançuk (Ukrayna) Maqnus Karlseni (Norveç), Levon Aronyan (Ermənistan) isə Veselin Topalovu (Bolqarıstan) üstələyib. Məğlubiyyətə baxmayaraq, Karlsen 11 xalla liderliyini qoruyub. Onun ən yaxı izləyiciləri Topalov (10 xal), Aronyan (9 xal) və İvançukdur (8 xal). Hərəyə 6 xal toplayan Anandla Rəcəbov autsayderlər qrupunda yer alıblar.

Bu gün VIII tur çərçivəsində Topalov - Karlsen, Anand - Aronyan, İvançuk - Rəcəbov görüşləri keçiriləcək.