16:33 02-09-2021
news_image
137
FUTBOL

Hədəfi açıqladı - Sautqeyt

“AVRO-2020-dəki uğursuzluğu unutmaq üçün bir yolumuz var. Dünya çempionatının finalında qalib gəlməliyik”.

Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt deyib.

O, millinin əsas hədəfini açıqlayıb. Sautqeyt Qətərdəki DÇ-2022-də çempionluq arzusunda olduqlarını gizlətməyib: “Başqa heç nə bizim nümayiş etdirdiyimiz oyunla müqayisəyə gəlməz. DÇ-2018-in yarımfinalından sonra düşünmək üçün iki il vaxtımız var idi. İndi növbəti ilyarımdakı bütün fikirlərimiz Qətərdə çempion olmaq üün mübarizə aparmağa yönələcək”.