17:28 02-09-2021
news_image
172
FUTBOL

“Lion”a qayıda bilər - Kərim Benzema

“Real”ın hücumçusu Kərim Benzema “Lion”a qayıda bilər.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun prezidenti Jan-Mişel Olas açıqlayıb.

O bildirib ki, İspaniya nəhənginin futbolçusunu geri qaytarmaqda maraqlıdır: “Kərim heç vaxt bizim yeni stadionda oynamayıb. Gələcəkdə, karyerasını bitirəndə onun klubla əlaqəsini möhkəmlətmək imkanı olacaq. Onun “Real” və Fransa yığmasında əla karyerası var. Bu, bizim üçün böyük fəxrdir. Axı o, “Lion”un körpəsidir”.

Qeyd edək ki, “Lion”un yetirməsi olan Benzema 2009-cu ildə “Real”a keçib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.