23:13 02-09-2021
news_image
291
FUTBOL

Bakıda kirayədə qaldığı evi boşaldır? - Yusuf Laval

“Neftçi”nin yarımmüdafiəçisi Yusuf Lavala dəvət göndərən klubların adları məlum olub.

Apasport.az saytının məlumatına görə, nigeriyalı legioner ilə İsrail təmsilçiləri yaxından maraqlanır.

“Aşdod” və “Makkabi” (Hayfa) afrikalı oyunçuya uzunmüddətli müqavilə təklif edib.

Avrokuboklarda göstərdiyi çıxışla xarici menecerlərin diqqətini cəlb edən nigeriyalı yarımmüdafiəçi ona gələn dəvətlər barədə “Neftçi” rəhbərliyini məlumatlandırıb.

Azarkeşlərin sevimlisi olan afrikalı legioner Azərbaycandan getmək istəyini qətiləşdirdiyini və satılmasına icazə verilməsini tələb edib.

“Ağ-qaralar”la müqaviləsi gələn ilin yayında bitəcək Laval Bakıda kirayədə qaldığı evi boşaltmağa başlayıb.

“Aşdod” Konfrans Liqasının birinci mərhələsində “Qarabağ”a rəqib olub. Hayfa klubu isə Lavalı daha yaxından tanıyır. “Makkabi” Konfrans Liqasının pley-off mərhələsində “Neftçi” ilə qarşılaşıb. Nigeriyalı Bakıda keçirilən və 3:3 hesabıyla bitən ilk görüşdə 2 qol və 1 məhsuldar ötürməylə yadda qalıb (sportinfo.az).