23:51 02-09-2021
news_image
137
FUTBOL

“Azərbaycanı ilk dəqiqələrdən çətin vəziyyətə saldıq” - İqor Biscan

“Ən vacib olan qələbə qazanmaq, üç xal əldə etmək idi. Eyni zamanda ilk oyun, yeni tsikl, yeni oyunçulara baxmaq da maraq yaradırdı”.

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Xorvatiya millisinin baş məşqçisi İqor Biscan deyib.

O, AVRO-2023-ün seçmə mərhələsinin Azərbaycanla oyunu barədə fikirlərini açıqlayıb. Biscan 2:0 hesablı qələbəyə şərh verib: “Düşünürəm ki, oyuna yaxşı başladıq. Səviyyəsinə görə bizə uyğun olmayan rəqibi ilk dəqiqələrdən çətin vəziyyətə saldıq. Biz onlara oyuna uyğunlaşmağa, özlərinə gəlməyə imkan vermədik. Həmin müddətdə iki qol vurduq və demək olar matçın taleyini həll etdik”.

Biscan hesabın daha böyük olmamasından narazıdır: “Düşünürəm ki, daha bir qol vurmalı idik. Rəqib qapısı önündə bu qədər imkan yaratmışdıq. Sadəcə daha dəqiq olmalı idik. İkinci yarıda sakitləşdik və aqressivlik göstərmədik. Çünki ilk yarıda çox enerji itirmişdik. Ümumilikdə oyundan razı qaldım. Futbolçularımız inkişaf edəcək”.