09:43 03-09-2021
news_image
150
FUTBOL

Azərbaycanla oyunöncəsi azarkeşlərə müraciət - irlandiyalı qapıçıdan

“Siz bizə inanmalısınız. Komandada çox sayda gənc, yeni oyunçular var”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya millisinin qapıçısı Qavin Bazunu deyib.

O, DÇ-2022-nin Azərbaycanla sabahkı matçı ərəfəsində azarkeşlərə müraciət edib: “Dünyanın ən yaxşılarından biri olan Portuqaliya ilə səfərdə necə oynadığımızı gördünüz. Komandada çox oyunçu debütantdır. Çox müdafiə olunsaq da, rəqibə çətinliklə yarada bildik. Kifayət qədər qol şanslarımız da yarandı. Bizimlə qalın, inanın ki, düz yoldayıq. Qarşıdakı iki matç çox vacibdir və qələbə qazanmalıyıq”.

Bazunu evdə görüşlərə necə yanaşdıqlarını da gizlətməyib: “Azərbaycan və Serbiya ilə evdə oynayacağıq. Doğma azarkeşlərimiz önündə hər şey edəcəyik ki, 6 xal qazanaq. Çünki bacara biləcəyimiz yalnız budur. Bu matçlara Portuqaliyadakı görüşə yanaşdığımız kimi hazırlaşmalıyıq. Sabahkı qarşılaşmanın asan keçəcəyini ağlımıza da gətirmirik. Bütün matçlardakı kimi yenə ortada üç xal var və onu qazanmaq üçün hücum etməliyik”.

Qeyd edək ki, İrlandiya sentyabrın 4-də Azərbaycan, 7-də Serbiya ilə görüşəcək.