11:08 03-09-2021
news_image
335
DİGƏR NÖVLƏR

“Bizim gücümüz birlikdədir” və ya gücünə bələd olmaq üçün gözəl imkan - LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Sabah MDB ölkələrinin I Oyunlarının açılış mərasimi keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 10 ölkədən olan idmançıların qatılacağı yarış Rusiyanın Kazan şəhərində təşkil olunacaq.

Oyunlarda meydan sahibləri ilə yanaşı, Azərbaycan, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistan idmançıları qüvvəsini sınayacaq. Rusiyanın irəli sürdüyü və digər ölkələrin dəstəyi ilə qarşılanan yarışda 14-23 yaşadək idmançılar mübarizə aparacaq.

Bu da yeniyetmə və gənc idmançıların beynəlxalq arenada təcrübə toplaması baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə Olimpiya Oyunları, dünya və Avropa çempionatlarında çıxış edəcək bu istedadlar indidən uğur qazanmağın yollarını Kazanda tanıyacaq.

10 ölkədən olan 1461 idmançı “Bizim gücümüz birlikdədir” şüarı altında mübarizə aparacaq. 494 hakim və 1174 könüllünün də qatılacağı Oyunlarda 16 idman növü üzrə 184 dəst medal sahibini tapacaq.

İlk dəfə təşkil olunan yarış ötən ilə planlaşdırılsa da, koronavirus səbəbindən təxirə düşüb. Bu Oyunlar ümumilikdə 10 gün davam edəcək. Düzdür, açılışı sabah təşkil olunacaq yarış ayın 11-də yekunlaşacaq. Lakin Kazanda dünəndən mübarizəyə başlanılıb. Yarışa boksçular start verib. Bu gün isə yunan-Roma güləşçiləri ən güclünü müəyyənləşdirəcək. 

Ən böyük nümayəndə heyətlərindən biri Azərbaycan yığmasındadır. İdman ölkəsi imicimiz çoxdan təsdiqlənib. Kazanda isə idmanımızın sabahı nümayiş olunacaq. 

Düzdür, yeniyetmə və gənclərin yarışında nəticələr ikinci dərəcəli sayılır. Burada təcrübə toplamaq, inkişaf etmək önəmlidir. 

MDB ölkələrinin Oyunları idmançılarımız üçün daha böyük yarışlara keçid ərəfəsində mühüm əhəmiyyətə malikdir. Gənclərin Olimpiya Oyunları, Yeniyetmələrin Olimpiya Festivalları kimi daha genişmiqyaslı turnirlər ərəfəsində Kazan sınağı idmançılar üçün faydalıdır. İştirakçılar böyük arenalara çıxmazdan öncə həm beynəlxalq yarışların ab-havasını hiss etmək, həm öz gücünə bələd olmaq üçün gözəl imkan əldə edib.

Millimiz Tatarıstan paytaxtına 126 idmançı, 11 hakim, 39 məşqçi və 8 tibb əməkdaşından ibarət heyətlə yollanıb.

Komandamızın medal sıralamasında da liderlər sırasında yer alacağı gözlənilir. Hər halda təmsilçilərimiz ənənəvi güclü olduğumuz döyüş növlərində istənilən səviyyəli yarışda favoritlər sırasında olub.

İdmançılarımız arasında universal atlet də var. Bu, Camal Feyziyevdir. O, Oyunlarda iki növdə - cüdo və 
və köreşdə qüvvəsini sınayacaq.

Güləşin ənənəvi və qeyri-ənənəvi növlərində 34 təmsilçimiz mükafatçılar sırasına düşməyə çalışacaq. Dünya güləşinin liderlərindən olan Azərbaycan Kazanda da təkcə iştirakla kifayətlənməyəcək, əsasən də meydan sahibləri ilə mübarizə aparacaq.

Geniş heyətə malik karate, cüdo və sambo yığmalarımızın da Rusiyada uğur qazanacağı gözlənilir. Digər döyüş növlərində də idmançılarımız şanslı sayılır.

Azərbaycanda populyar olmayan və uğur qazana bilmədiyimiz növlərdəki təmsilçilərimiz isə yeni səhifə açmağa çalışacaq. Onlar bu idman növlərinin gələcəyinin varlığını təsdiqləmək üçün əla imkan qazanıblar. 

Kazanda yalnız iki növdə Azərbaycan idmançıları olmayacaq. Bunlar idman rəqsləri və bədii gimnastikadır. Əvəzində nadir hallarda komanda idman növləri üzrə yığmalarımız Rusiyada mübarizə aparacaq. Futzal və basketbolun 3x3 növləri üzrə yığmalarımız medallar uğrunda yarışacaq.



Azərbaycan nümayəndə heyətinin I MDB Oyunlarının açılış mərasimindəki bayraqdarı yunan-Roma güləşçisi Həsrət Cəfərov olacaq. O, Rusiyanın digər şəhəri - Ufada keçirilən dünya çempionatının qalibi adına yiyələnib. 67 kq çəkidə çıxış edən Cəfərov turnirin finalında erməni rəqibinə qalib gələrək qızıl medal qazanıb. Açılış mərasimində pandemiya ilə əlaqədar olaraq, hər ölkədən yalnız 30 nəfər idmançının iştirakı nəzərdə tutulub.

Badminton
1. Amrı Xadafı
2. Dvi Panqestu
3. Aqil Qəbilov
4. Rəvan Niftəliyev
5. Nigar Əliyeva
6. Era Maftuha
7. Mədinə Nağıyeva
8. Həcər Nuriyeva

Basketbol (3x3)
1. Cəbrayıl Əkbərov
2. Endər Poladxanlı
3. Elşad Şirzadov
4. Mert İlhan

Boks
1. İbrahim Zeynalov
2. Ramal Yolçuyev
3. Tağı Nəsibov
4. Məhəmmədəli Qasımzadə
5. Ziya Həsənov
6. Aysu İsmayılova
7. Qızbəs İsgəndər
8. Emili Rzayeva

Cüdo
1. Rövşən Əliyev
2. Yaşar Nəcəfov
3. Elçin Hüseynov
4. Nurlan Osmanov
5. Nərmin Əmirli
6. Murad Fətiyev
7. Zelim Tckaev
8. Adil Kərimli
9. Camal Feyziyev
10. Əhməd Yusifov
11. Ramilə Əliyeva
12. Şəfəq Həmidova
13. Zeynəb Məmmədova
14. Səbinə Əliyeva
15. Diana Şoranova
16. Südabə Ağayeva

Futzal
1. Xəzər Ağalizadə
2. Nurlan Məmmədov
3. Fərid Mikayılov
4. Məhəmməd Abbasov
5. Fariz Mehraliyev
6. Əli Mahmudov
7. Mirzə Əmirov
8. Şaiq Vəlizadə
9. Asiman Yusubov
10. Şahmar Cəfərli
11. Fuad Məmədzadə
12. Elgün Rzayev
13. Azər Fərmanov

Stolüstü tennis
1. Emin Məmmədov
2. Kənan Pənahov
3. İbrahim Ansari
4. Adil Əhmədzadə
5. Nəzakət Qarayeva
6. Ləman Abdulhəmidova
7. Mərziyyə Nurmətova
8. Aylin Əsgərova

Stend və güllə atıcılığı
1. Xanna Əliyeva
2. Ramiz Xəlilov

Karate
1. Samirə Babayeva
2. Emiliya Mitlinova
3. Alika Semixova
4. Əminağa Quliyev
5. Sultan Hüseynov
6. Hüseyn Məmmədli
7. Nuran Rzazadə
8. Tale Yaqubov
9. Fərid Ağayev
10. Abbas Dadaşov
11. Hüseyn Hüseynzadə
12. Musa Sarızadə
13. Osman Osmanlı
14. Ceyhun İsmayılov
15. Həsənəli Həsənov
16. İnci Əzizova
17. Mədinə Sadıxova
18. Renata Ərəbli
19. Səma İmanzadə
20. Zəhra Əliverdiyeva

Kəmər güləşi
1. Məhərrəm Eyvazov
2. Nahid Vəliyev
3. Sənubər Nəbiyeva
4. Aytəkin Paşazadə

Köreş
1. Fərhad Ocaqverdiyev
2. Həsən Ağazadə
3. Əlisəftər Məmmədli
4. Elvar Nəhmətzadə
5. Camal Feyziyev

Qadın güləşi
1. Şəhanə Nəzərova
2. Tatyana Varansova
3. Yasəmən Məcidli
4. Jalə Əliyeva
5. Birgül Soltanova
6. Ceyla Nağızadə

Sambo
1. Nicat Məmmədli
2. Elvin Bağırov
3. Kamran Qasımov
4. Ağani Məmmədov
5. Adil Adilzadə
6. Rəsul Aydəmirov
7. Toğrul Salmanov

Sərbəst güləş
1. Əliabbas Rzazadə
2. Tural Hüseynov
3. Sabir Cəfərov
4. Cəbrayıl Hacıyev
5. Əşrəf Aşırov
6. Abubakr Abakarov
7. Osman Nurməhəmmədov
8. İslam İlyasov
9. Aydın Əhmədov
10. Turan Bayramov

Yunan-Roma güləşi
1. Elmir Əliyev
2. Nihat Məmmədli
3. Ziya Babaşov
4. Həsrət Cəfərov
5. Xasay Həsənli
6. Elcan Məmmədov
7. Murad Əhmədiyev
8. Laçın Vəliyev
9. Sərxan Məmmədov

Muaytay (Tayboks)
1. Leyanna Mari Sayer
2. Musa Nuruzadə
3. Əli Əliyev
4. Məhər Əsədzadə
5. Rəvan Ağazadə
6. Məmməd Əmrəliyev

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur