11:49 03-09-2021
news_image
1055
FUTBOL

Qurban Qurbanovun hücumçudan çox qapıçısı var – İŞTİRAK ƏRİZƏSİ

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, heyətdə 28 futbolçu yer alıb.

Baş məşqçi Qurban Qurbanovun sərəncamında qapıçılar hücumçulardan çox olacaq. Ağdam klubun 4 qolkiperi və yalnız üç forvardı var. Digər oyunçulardan 10-u müdafiəçi, 11-i qapıçıdır.

Qeyd edək ki, qrup mərhələsi sentyabrın 16-da başlayacaq.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev, 
29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83. Nihad Quliyev;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 17. Panadero Zamora,18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə;

Hücumçular: 22. Musa Qurbanlı, 25. İbrahima Vadli, 77. Ramil Şeydayev.