22:56 03-09-2021
news_image
118
FUTBOL

Diskvalifikasiya olunan qapıçıya məşq etməyə icazə verildi - “Ayaks”la

Niderlandın “Ayaks” klubunun futbolçusu Andre Onanaya məşq etməyə icazə verilib.

Apasport.az saytının məlumatına görə, bunu Amsterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Bu ilin fevralında dopinq səbəbindən 9 aylıq diskvalifikasiya olunan kamerunlu qolkiper “Ayaks”a birlikdə məşq edə bilər. O, bununla da noyabrdakı qayıdışına hazır olmaq imkanı qazanıb.

Qeyd edək ki, müqaviləsi gələn ilin yayında başa çatacaq Onana həmin vaxt azad agent statusu ilə İtaliya “İnter”inə keçməyə razılıq verib.