12:20 03-09-2021
news_image
104
FUTBOL

Həkimlərin rəyindən asılı vəziyyətdə – Azərbaycanla oyun öncəsi

İrlandiya millisinin baş məşqçisi Stiven Kenni Azərbaycanla sabah keçiriləcək oyun ərəfəsində müdafiə probleminin həll yolunu axtarır.

Apasport.az saytının məlumatına görə, mütəxəssis Portuqaliya ilə qarşılaşmada (1:2) zədələndiyi üçün meydanı tərk edən Dara Oşinin meydana çıxmasına ümidini itirib.

Müdafiəçinin müayinələrinin nəticələri hələ çıxmadığı üçün həkimlər yekun rəy verə bilər. Onun ən yaxşı halda sabahkı matçı buraxacağı qaçılmaz sayılır.

Ona görə də Kenni arxa xətlə bağlı variantları nəzərdən keçirir. Baş məşqçi koronavirusa yoluxan futbolçuların fiziki durumunu yoxlamağa qərar verib. Kallum Robinson və Alan Braun 10 günlük karantindən sonra məcburiyyətdən yığmaya kömək edə bilər.