13:58 03-09-2021
news_image
289
TOKİO-2020

Özünün 3-cü, yığmamızın 12-ci qızıl medalı - Tokio-2020-də


Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Apasport.az saytının məlumatına görə, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.

Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.