15:45 03-09-2021
news_image
104
FUTBOL

“Azərbaycanla oyunda heyətdə şans qazansam...” - Mett Doherti

“Portuqaliya ilə oyun çətin keçdi. Nəticə həqiqətən də üzücü oldu”.

Apasport.az saytının məlumatına görə, bunu İrlandiya millisinin futbolçusu Mett Doherti deyib.

O, Azərbaycanla sabah keçiriləcək matç barədə danışıb: “Sabahkı oyuna tam hazıram. Əgər əsas heyətdə şans qazansam, əlimdən gələni edə bilərəm. Özümü yaxşı hiss edirəm. Ötən oyunda nələr baş verdiyini hələ də tam dərk edə bilmirəm”.

Müdafiəçi Portuqaliya ilə iki gün əvvəlki matçda özünü pis hiss etməsinə də aydınlıq gətirib: “Bədənim sanki sönmüşdü. Ağrılar hiss edirdim. Zədədən yox, çox mübarizə apardığımdan belə idi. İndi hər şey qaydasındadır”.

Doherti komandanın hədəfindən də danışıb: “Final mərhələsinə düşmək üçün sonadək mübarizə aparacağıq. Bizə qələbə qazanmaq lazımdır. Baxımlı oyun göstəririk. Hələ nəticə olmasa da, düzgün yoldayıq. Portuqaliya ilə görüşdə bunu bacarmasaq da, qarşıda Azərbaycanla matç var. Bu qarşılaşmada bizə üç xal lazımdır”.