17:24 03-09-2021
news_image
163
TOKİO-2020

Ən medal qazanların siyahısına düşdü - Azərbaycan paralimçiyaçısı

Tokio-2020 Yay Paralimpiya Oyunlarında ən çox medal qazanan idmançıların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə Azərbaycan təmsilçisi Roman Saley də yer alıb.

Milliləşən belaruslu legioner üzgüçülükdə 3 qızıl medala sahib çıxıb. O, brass, batterflyay və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanıb.

Saley Tokio-2020-də medal sayında 11-ci yerə şərikdir. Mütləq rekord isə ukraynalı üzgüçü Maksim Kripaka məxsusdur. Onun 7 medalı var. Bunlardan beşi qızıl, biri gümüş, biri bürüncdür.

Belaruslu İqor Boki çempionluq sayında liderə şərikdir. Lakin üzgüçü yalnız 5 qızılla kifayətlənib və başqa əyalı medal qazanmayıb.