16:48 03-09-2021
news_image
133
FUTBOL

“Arsenal”ı çalışdırmaqla bağlı suala cavab - Arsen Vengerdən

“Mənim 71 yaşım var. Bu kluba ömrümün ən yaxşı illərini vermişəm”.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger deyib.

Fransalı mütəxəssis yenidən London təmsilçisini çalışdırmaqla bağlı sualı cavablandırıb. O, Premyer Liqada uğursuz günlər yaşayan “topçular”a inandığını gizlətməyib: “İndi “Arsenal” yaxşı vəziyyətdədir. Onların çətin oyunları olub. Amma bu komandanın potensialı var. Ümid edirəm ki, onlar vəziyyəti düzəldə biləcək. Hazırda mən yalnız azarkeşəm”.

Qeyd edək ki, Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb.